Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Sentyabr 2024

Hizbullahın sionist rejimlə müharibənin yeni mərhələsinə daxil olması barədə Bəyanatı

Livan Hizbullah Hərəkatı çərşənbə axşamı məzlum Fələstin xalqının müdafiəsi və sionist rejimlə müharibənin yeni mərhələsinə daxil olduğunu vurğulayıb.

Hizbullahın yaydığı qısa bəyanatda Qəzzə zolağının müqavimətli xalqının qanuni müdafiəsi, cəsur və şərəfli müqavimətin dəstəyi, Livan və onun xalqının qorunması vurğulanır.

Bəzi siyasi ekspertlər hesab edirlər ki, Livan Hizbullahı bu bəyanatında uşaq öldürən sionist rejimlə müharibənin yeni mərhələsinə işarə etmişdir.

Livan Hizbullahı bəyanatın əvvəlində mübarək Həcc surəsinin 39-cu ayəsinə işarə edir: “Düşmən hücumuna məruz qalanlara (möminlərə) zülmə uğradıqları üçün (döyüşməyə) izin verilmişdir. Şübhəsiz ki, Allah onlara yardım etməyə qadirdir.” Bu ayənin məzmunu məzlumları müharibə edənlərə qarşı müdafiə etmək üçün müsəlmanlara cihad icazəsidir.

Həmçinin bəyanatın sonunda Ali-İmran surəsinin 126-cı ayəsinə işarə olunur: “Zəfər ancaq yenilməz qüdrət və hikmət sahibi olan Allahdandır.”


1860 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.10.24, 11:06
Hərbçimiz vəfat etdi
02.10.24, 11:34
Qəlbi islah etməyin yolu
Go to TOP