Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Sentyabr 2024

Seyid Əbdülməlik əl-Husi: Fələstin və Livan xalqlarını məyus etməyəcəyik

Yəmən Ənsarullah Hərəkatının lideri Livan Hizbullah Hərəkatının Baş katibi Seyid Həsən Nəsrullahın şəhadəti münasibətilə etdiyi çıxışda başsağlığı verib, bunu bütün İslam xalqı üçün böyük itki hesab edib və əmin edib: “Fələstin və Livan xalqını, livanlı və fələstinli mücahid silahdaşlarımızı məyus etməyəcəyik.”

Yəmən Ənsarullah Hərəkatının lideri Əbdülməlik Bədrəddin əl-Husi deyib: “İslam ümməti əziz mücahid qardaşımız Hizbullahın Baş katibi Seyid Həsən Nəsrullahın şəhadəti ilə bağlı ağır matəmə qərq olub.”

Əl-Husi deyib: “Onun hörmətli ailəsinə, Hizbullahdakı qardaş və bacılarımıza, Livan xalqına, İran İslam İnqilabının Ali Rəhbərinə, Fələstin xalqına və ümmətin bütün azad insanlarına başsağlığı veririk.”

“Seyid Nəsrullahın itkisi bütün İslam ümməti üçün itkidir” - deyə, hərəkat lideri əlavə edib.

Ənsarullah lideri vurğulayıb: “Hər kəs öz vəzifəsinə əməl etməlidir, çünki döyüş davam edir. İsrail İslam və müsəlmanların düşmənidir və insanlıq üçün təhlükədir.”


1417 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.10.24, 11:06
Hərbçimiz vəfat etdi
02.10.24, 11:34
Qəlbi islah etməyin yolu
Go to TOP