Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Sentyabr 2024

General-mayor İsmayıl Qaani: Qüdsi-şərifin azad edilməsinə qədər Hizbullahın yanında qalacağıq

Qüds Qüvvələrinin komandanı deyib: “İnşallah, Seyid Həsən Nəsrullahın yolunun və məktəbinin davamında Fələstinin fəthinə və Qüdsi-şərifin azad edilməsinə qədər İslami Müqavimətin yanında qalacağıq.

SEPAH-ın Qüds Qüvvələrinin komandanı general-mayor İsmayıl Qaani islami müqavimətin böyük Seyidinin şəhadəti münasibətilə təbrik və başsağlığı müraciətində yazıb: “Hizbullahın mücahid lideri cənab Seyid Həsən Nəsrullahın məzlumcasına şəhadəti hamımızı kədərləndirdi və İslami Müqavimət Cəbhəsi və dünyanın azad insanlarını matəmə qərq etdi.”

Müraciətin davamında bildirilir: “Səfər etmiş o əziz bütün bərəkətli və iftixarlı həyatını İslam və Quranın ən şər düşmənləri ilə döyüş meydanında keçirdi. Nəhayət, öz ilahi qanını və əziz canını yüksək islami ideallar yolunda, məzlum Fələstin və Livan xalqının başıucalığına dəstək olmaq yolunda fəda etdi.”

General Qaani vurğulayıb: “O nurani Seyid mənəviyyat və təhlükəsiz tədbirləri ilə Hizbullah Hərəkatına rəhbərlik etdi, onu izzət zirvələrinə, sonsuz mənəvi və cihad gücünə çatdırdı. Tammuz müharibəsinin ağır döyüşlərinə, Suriya və İraqda İŞİD və təkfirçilərlə müharibəyə komandanlıq etmək səadətli şəhidin cavid mücahidliklərinin qalın dəftərindən qızıl səhifələrdir.”


1335 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.10.24, 11:06
Hərbçimiz vəfat etdi
02.10.24, 11:34
Qəlbi islah etməyin yolu
Go to TOP