Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Sentyabr 2024

İtaliyadan Fələstinə dəstək - "Hazırıq"

İtaliya vahid Fələstin dövlətinin qurulması üçün dəstək olmağa hazırdır.

Bunu İtaliya Baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani deyib.

“Hazırda Qəzzada və İordan çayının qərb sahilində fərqli idarəetmə mexanizmləri mövcuddur. Buna görə də Fələstində vahid idarəçilik yoxdur. İtaliya İsraili tanıyan və İsrail tərəfindən tanınan Fələstin dövlətinin qurulması üçün BMT vasitəsilə qoşun göndərməyə hazırdır”, - deyə Baş nazirin müavini bildirib.

Antonio Tayani Livandakı gərginliyin artma riskinin yüksək olduğunu deyərək mülki şəxslərlə bağlı narahatlığını bildirib: “İtaliya həm Livanda, həm də Qəzzada atəşkəs üçün səylərini əsirgəmir. Gərginliyi azaltmaq üçün diplomatik səylər davam edir. Fövqəladə vəziyyəti yaxından izləyirik, İtaliya vətəndaşlarını dərhal bölgəni tərk etməyə çağırırıq”.


1165 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.10.24, 11:06
Hərbçimiz vəfat etdi
02.10.24, 11:34
Qəlbi islah etməyin yolu
Go to TOP