Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Oktyabr 2024

BMT rəsmisi İsrailin Hizbullah əleyhinə gərginliyinin artması ilə bağlı xəbərdarlıq edib

BMT-nin Livandakı sülhməramlı qüvvələrinin (UNIFIL) sözçüsü "fəlakətli" regional münaqişələr və İsrailin Livan Hizbullahı əleyhinə gərginliyinin artması barədə xəbərdarlıq edib.

UNIFIL-in sözçüsü bildirib ki, sionist rejimin Livan Hizbullah Hərəkatına qarşı gərginliyi artırması tezliklə nəzarətdən çıxacaq.

UNIFEL-in sözçüsü Andrea Tennetti mətbuata açıqlamasında bu təhlükənin “tezliklə hamı üçün fəlakətli təsirə malik regional münaqişəyə çevriləcəyini” qeyd edərək, bununla bağlı diplomatik həll yolu tapmağa çağırıb.

Andrea Tennetti sionist rejim qüvvələrinin açdığı atəş nəticəsində daha bir sülhməramlının yaralandığını və onların sayının 5-ə çatdığını bildirib.

Sionist rejim ordusu bu gün, şənbə yəhudi təqvimində ən müqəddəs gün kimi “Yom-Küpür”-ü Livana hərbi hücumu və əsgərlərinin sülhməramlıları atəşə tutması səbəbindən beynəlxalq tənqid fırtınası fonunda qeyd edib.


2603 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP