Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Oktyabr 2024

Hizbullah İsrail ordusunun daha bir neçə bazasına raket zərbələri endirib

Livan Hizbullahı işğal olunmuş ərazilərin şimalında sionist rejim ordusunun bir neçə digər bazasına yeni raket zərbələri endirdiyini xəbər verib.

Livan Hizbullah Hərəkatı bununla bağlı yaydığı bəyanatda bildirib: “Qəzzə əhalisini və Fələstin müqavimətini dəstəkləmək, Livan və onun xalqını müdafiə etmək istiqamətində yerli vaxtla səhər saat 10:00-da sionist düşmən əsgərlərinin Belida ərazisi ətrafındakı mövqeləri raket hücumları ilə hədəfə alındı.”

Livan İslami Müqaviməti səhər saat 10:30-da raket hücumları ilə işğal olunmuş Tiberiya ərazisini də hədəfə alıb.

Hizbullah yaydığı başqa bir bəyanatda saat 12:20-də sionist qüvvələrin Əl-Mutla şəhərində toplaşdığı yerə ağır raket zərbəsi endirdiyini bildirib.

Sionist rejimin Kern Naftalidəki rabitə bazası da bu gün günorta saatlarında Hizbullah tərəfindən raketlə vurulub.


1949 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
05.07.25, 07:56
“TASUA” GÜNÜ
01.07.25, 11:47
Günün karikaturası
Go to TOP