Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Oktyabr 2024

Hizbullahın hücumları davam edir - 55 raket...

Hizbullahın Ayta əş-Şabda uğurlu zərbəsi - İşğal olunmuş ərazilərə 55 raket atıldı

Livan İslami Müqaviməti sionist rejim ordusunun mövqelərinə qarşı bir sıra digər quru və hava əməliyyatları həyata keçirdiyini, Ayta əş-Şab və Markabada işğalçıların qurudan irəliləməsinin qarşısını aldığını və sionistlərin müxtəlif mövqelərinə onlarla raket zərbəsi endirdiyini açıqlayıb.

Hizbullah yaydığı bəyanatda bildirib: “Bir qrup düşmən əsgəri Ayta əş-Şab qəsəbəsinə doğru irəliləməyə cəhd edərkən müqavimət döyüşçüləri onları artilleriya hücumları ilə hədəfə aldılar. Güclü atəş səbəbindən onlar geri çəkilməyə məcbur olublar.”

Bəyanatın davamında qeyd olunur: “Livanın İslami Müqavimətinin döyüşçüləri Netanyanın şərqindəki Beyt Layd hərbi bazasını raket hücumu ilə hədəfə aldılar.”

Livan müqaviməti bu gün döyüş əməliyyatı ilə bağlı yaydığı 11-ci bəyanatında bildirib: “İslami Müqavimətin mücahidləri Kariat Şmone qəsəbəsini raket atəşinə tutdular.”


2581 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP