Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Oktyabr 2024

Kolumbiya və Venesuela prezidentləri işğalçı İsrailin husumlarını soyqrım adlandırdı

Kolumbiya prezidenti Qəzzə müharibəsini sionist rejim ilə Fələstin arasındakı qarşıdurma çərçivəsindən çıxaraq "Cənub xalqına qarşı qlobal gücün sınağı" kimi qiymətləndirib və Venesuela prezidenti də Netanyahunu "Amerika və Avropanın yaratdığı canavar" adlandırıb.

Sionist rejimin Qəzzəyə hücumunu dəfələrlə Fələstinə qarşı “soyqırım” kimi qiymətləndirən Kolumbiya prezidenti Qustavo Petro vurğulayıb ki, hazırkı münaqişə təkcə Fələstin xalqı ilə İsrail arasında onilliklər davam edən münaqişə ilə bağlı deyil və bu vəziyyət əslində Cənub xalqına qarşı qlobal gücün sınağıdır.

O, X sosial şəbəkəsindəki istifadəçi hesabında mesaj dərc edərək qeyd edib: Bu təcrübə göstərməyə çalışır ki, ABŞ, Avropa və İsrailin hərbi gücü kasıb dünyada istənilən üsyançıya hakim ola bilər.

Venesuela prezidenti Nikolas Maduro da özünün televiziya proqramında (Con Maduro+) İsrailin baş naziri Benyamin Netanyahunu Fələstinə və Livana qarşı cinayətlər törətmək üçün ABŞ və Avropa İttifaqının yaratdığı “canavar” adlandırıb.

Maduro deyib: “Amerika və Qərb imperiyasının canavarı Netanyahunun birbaşa soyqırımla etdiklərini hətta Hitler belə etməyə cəsarət etmədi”.


1299 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
16.10.24, 09:25
Qadın özünü asaraq...
Go to TOP