Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Oktyabr 2024

Türkiyə İsrailin cinayətlərini dayandırmaq üçün İranla əməkdaşlığa hazır olduğunu bildirib

Türkiyə Prezidenti ölkəmizin Xarici İşlər naziri ilə görüşündə Türkiyənin iki ölkə arasında əməkdaşlığı dərinləşdirmək əzmində olduğunu vurğulayıb, əlaqələrin bütün sahələrində, xüsusilə də iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi və bəzi mövcud maneələrin aradan qaldırılması prosesini dəstəklədiyini bildirib.

3+3 regional əməkdaşlıq mexanizminin xarici işlər nazirlərinin iclasında iştirak etmək və Türkiyənin yüksək səviyyəli rəsmiləri ilə rəsmi görüş keçirmək məqsədilə İstanbula səfər edən ölkəmizin Xarici İşlər naziri Seyid Abbas Əraqçi cümə günü (19 oktyabr) Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan ilə ikitərəfli formatda görüşüb, Tehran və Ankara arasında ikitərəfli əlaqələr və regionda baş verən son hadisələrlə bağlı müzakirə aparıb.

Əraqçi bu görüşdə vurğulayıb: “İran və Türkiyə regionda və İslam dünyasında iki böyük və nüfuzlu qonşu olaraq, sionist rejimin hədsiz təcavüzü və cinayətlərinin yaratdığı ciddi təhlükə barədə fikirlərini bölüşməklə yanaşı, regionun təhlükəsizliyini və sabitliyini, günahsız insanların qətlinə son qoymaq, müharibə qızışdıranları cilovlamaq və rejimin Qəzzə və Livanda törətdiyi soyqırımı dayandırmaq üçün təcili beynəlxalq tədbirlərə ehtiyac olduğunu vurğulayırlar.

Xarici İşlər naziri həmçinin, sionist rejimin döyüş maşınının dayandırılması üçün qərarların qəbul edilməsi və təcili tədbirlərin həyata keçirilməsi üçün regionun təsirli ölkələri, xüsusilə İran və Türkiyə arasında koordinasiya edilməsini zəruri hesab edib.

Görüşdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da dövlətimizin başçısına salamlarını çatdırıb, sionist rejimin törətdiyi soyqırımı və cinayətləri dayandırmaq üçün bölgənin iki mühüm ölkəsi kimi İran və Türkiyə arasında ciddi və sıx əməkdaşlığı zəruri hesab edib.


1552 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
16.10.24, 09:25
Qadın özünü asaraq...
Go to TOP