Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Noyabr 2024

İranın “Hudhud” və “Kövsər” peykləri yerin 500 km orbitinə yerləşib

Bu gün səhər saatlarında Rusiyanın “Soyuz” peyk daşıyıcısı tərəfindən Rusiyanın “Vostoçnı” buraxılış bazasından uğurla orbitə buraxılan “Hudhud” və “Kövsər” peykləri bir neçə dəqiqə əvvəl Yerin 500 km orbitinə yerləşib.

Kövsər zondlama peyki və Hudhud peyki çərşənbə axşamı (5 noyabr) səhər saat 2:48-də Rusiyanın "Soyuz" peyk daşıyıcısının göyərtəsində "Vostoçnı" bazasından 51 digər yüklə birlikdə uğurla Yerin 500 km orbitinə buraxılıb və bir neçə dəqiqə əvvəl onların orbitə yerləşdirilməsi xəbəri İran Kosmik Təşkilatı tərəfindən yayımlanıb.

Bu buraxılış bir neçə cəhətdən əhəmiyyətli idi. Əhəmiyyətli məqamlardan biri o idi ki, Hudhud və Kövsər özəl sektor tərəfindən dizayn edilmiş və istehsal edilmiş ilk peyklərdir. Bu, özəl sektorun kosmik sənayeyə daxil olması istiqamətində böyük addım idi. Həmçinin bu baxımdan ilk dəfədir ki, yerli istehsalçı xarici işəsalma qurğusu ilə beynəlxalq buraxılış müqaviləsi bağlaya bilir.


1087 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
02.12.24, 09:58
Rusiya bu əraziləri tutdu
27.11.24, 09:30
Oğuzda qadın intihar edib
Go to TOP