Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Noyabr 2024

Livanda 210-dan çox tibb işçisi şəhid olub

İşğalçı İsrailin Livana hücumlarından sonra ən azı 212 tibb işçisi qətlə yetirilib.

Bu barədə BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsinin Livandadakı vəziyyətlə bağlı hesabatında deyilir.

Qeyd olunub ki, 2023-cü ilin oktyabr ayından işğalçı İsrailin vəhşicəsi hücumları zamanı səhiyyə müəssisələrinə 136 hücum olub, nəticədə 212 tibb işçisi həlak olub. Belə ki, təkcə ötən həftə 70 tibbi işçisi şəhid olub.

Bundan başqa uşaq qatili İsrailin hücumları nəticəsində Livandakı 178 tibb müəssisəsindən 21-i işləri dayandırmaq və ya göstərilən xidmətlərin həcmini azaltmaq məcburiyyətində qalıb.


812 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
02.12.24, 09:58
Rusiya bu əraziləri tutdu
27.11.24, 09:30
Oğuzda qadın intihar edib
Go to TOP