Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Noyabr 2024

Hizbullah işğalçı İsrailin kəşfiyyat bazasına zərbə endirib

İşğalçı İsrailin Təl-Əviv ətrafında yerləşən 8200 hərbi kəşfiyyat bölməsinə məxsus Qolilot bazası Livan Hizbullahının raket hücumu ilə hədəfə alınıb.

Livan mətbuatı məlumat yayıb ki, islami müqavimət qüvvələri keçən gün Təl-Əviv ətrafında və Livan sərhədinin 110 kilometrliyində sionist rejimin 8200 hərbi kəşfiyyat bölməsinə məxsus Qolilot bazasını bir neçə raketlə hədəfə alıblar.

Hizbullah bu əməliyyatın “xüsusi raketlərlə” həyata keçirildiyini açıqlayıb.

Qolilot bazası işğalçı rejimin ən mühüm hərbi bazalarından biridir. Çünki bura sionist rejim ordusunun hərbi kəşfiyyat idarəsinin mərkəzi qərargahı və bu idarənin ən görkəmli bölməsinin qərargahı, yəni siqnal intellekti və kiber kəşfiyyatına cavabdeh kimi 8200 hərbi bölməsi daxildir. Həmçinin, vizual intellektə cavahdeh kimi AMAN-ın 9900-cu bölməsinin qərargahı Qolilot bazasında yerləşir.


874 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
02.12.24, 09:58
Rusiya bu əraziləri tutdu
27.11.24, 09:30
Oğuzda qadın intihar edib
Go to TOP