Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Noyabr 2024

Rusiya Avropaya qaz nəqlini dayandıra bilər

ABŞ Maliyyə Nazirliyinin sanksiya siyahısına salmasından sonra Rusiyanın ən böyük banklarından biri olan “Qazprombank”ın UnionPay ödəniş sisteminə məxsus bank kartlarına xidmət dünyanın əksər ölkələrində dayandırılıb.

TASS xəbər verir ki, artıq Almaniya, Türkiyə, BƏƏ, Macarıstan, Tailand, Hindistan, Qazaxıstan, Qətər, Vyetnam, Cənubi Koreya, Tunis, Misir, Argentina, Cənubi Afrika, Özbəkistan, Yunanıstan, Macarıstan və Rabat banklarında qeyd olunan kartlara xidmət olunmur.
Qeyd edək ki, Qazprombank Rusiya qazının dəyərinin ödənməsi üçün istifadə olunan yeganə maliyyə qurumu idi. Artıq Türkiyə və Rusiyadan qaz alan digər ölkələr ödənişlərin necə həyata keçiriləcəyi ilə bağlı məsləhətləşmələrə başlayıblar. Bəzi mənbələr Rusiyanın yaxın günlərdə Avropaya boru kəməri ilə qaz nəqlini tam dayandıracağını proqnozlaşdırırlar.


759 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
02.12.24, 09:58
Rusiya bu əraziləri tutdu
27.11.24, 09:30
Oğuzda qadın intihar edib
Go to TOP