Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Noyabr 2024

Hersoq: Başımıza nə gəlir? Siz İsraili məhv edirsiz

Qondarma sionist rejimin “prezidenti” İshak Hersoq ali təhsil konfransında çıxışı zamanı bu rejimin süqut ərəfəsində olduğunu deyib.

O deyib: “Hazırda nə baş verir? Əsirlərin ailələrinə qarşı təhqiramiz və biabırçı davranışlar edilir, Şin Bet rəisi və ordu qərargah rəisi dövlətə xəyanətdə və dövlət çevrilişinə cəhddə ittiham olunur. Nazirlər Kabinetinin hüquq müşaviri düşmənçilikdə ittiham olunur və səhərdən axşama kimi onu işdən çıxarmaqla hədələyirlər, baş nazirin evinə partlayıcı atılır və o, vətənə xəyanətdə ittiham olunur. Başımıza nə gəlir? Məgər başa düşmədikmi ki, siz İsraili belə məhv edirsiniz?”
“Sizə xəbərdarlıq edirəm: siz İsraili məhv edirsiniz və bu dəliliyə elə indi son qoyulmalıdır” - deyə, qondarma təşkilatın başçısı qeyd edib.


763 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
02.12.24, 09:58
Rusiya bu əraziləri tutdu
27.11.24, 09:30
Oğuzda qadın intihar edib
Go to TOP