Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Noyabr 2024

Quranı yandıran rusiyalıya ağır cəza verildi

Rusiyanın Volqoqrad şəhərində Qurani-Kərimi yandıran 20 yaşlı Nikita Juravelin cəzası bəlli olub.

Bu barədə Volqoqrad vilayəti məhkəmələrinin birgə mətbuat xidməti məlumat yayıb.

Məhkəmə Quranı yandırmaqda təqsirli bilinən Nikita Juraveli dövlətə xəyanət işi üzrə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 14 il müddətinə azadlıqdan məhrum edib.

Juravelin vəkili bildirib ki, o, hökmdən apellyasiya şikayəti vermək niyyətindədir.

Qeyd edək ki, oktyabr ayında Volqoqrad vilayətinin prokurorluğu 20 yaşlı Juravelin dövlətə xəyanətdə ittiham olunduğunu bildirmişdi. İstintaqın məlumatına görə, o, messencer vasitəsilə Ukrayna Təhlükəsizlik Xidmətinin nümayəndəsinə əməkdaşlıq təklif edib. O, günahını tamamilə etiraf edib.


682 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
02.12.24, 09:58
Rusiya bu əraziləri tutdu
27.11.24, 09:30
Oğuzda qadın intihar edib
Go to TOP