Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Noyabr 2024

Medvedevdən təhlükəli açıqlama - "Nüvə silahından istifadə riski böyükdür"

Rusiya Təhlükəsizlik Şurasının (TŞ) sədri Dmitri Medvedev nüvə silahından istifadə riskinin yüksək olduğunu və NATO hərbi bazalarına zərbələr endirmək ehtimalının olduğunu açıqlayıb.

Bu barədə sabiq prezident “əl Ərəbiyə”yə müsahibəsində deyib.

“Risklər yüksəkdir. Lakin bu o demək deyil ki, bu risklər geri dönməzdir”, – o, nüvə silahından istifadənin reallığından danışarkən qeyd edib və əlavə edib ki, Moskva bu cür silahdan heç vaxt istifadə etmək istəməzdi, çünki bu son tədbir olardı.

“Konkret hərbi obyektlərə, hər hansı dövlətdəki bazalara gəlincə, hazırda münaqişə eskalasiya ssenarisi üzrə inkişaf edərsə, heç nəyi istisna etmək olmaz, çünki NATO-ya daxil olan dövlətlər əslində bu münaqişəyə tam şəkildə qoşulublar”, – deyə Medvedev Rusiyanın Polşa və Rumıniyada NATO hərbi bazalarına zərbələr endirmək ehtimalı ilə bağlı suala cavabında bildirib.

O əlavə edib ki, əgər NATO Ukraynada müharibə alovunu qızışdırmağı dayandırsa, bu münaqişəni bəşəriyyət üçün itkilər olmadan başa çatdırmaq olar.

Xatırladaq ki, Müdafiə Nazirliyi noyabrın 19-da Ukraynanın Rusiyanın dərinliklərinə zərbələr endirmək üçün Amerika ATACMS raketlərindən istifadə etdiyini bildirib. İki gündən sonra Rusiya ordusu yeni “Oreşnik” ortamənzilli ballistik raketi ilə Ukraynanın “Yujmaş” zavoduna zərbə endirib.


640 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
02.12.24, 09:58
Rusiya bu əraziləri tutdu
27.11.24, 09:30
Oğuzda qadın intihar edib
Go to TOP