Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Dekabr 2024

İşğalçı İsrail rejimin müxalifəti Netanyahuya qarşı nümayişə çağırıb

Media mənbələri sionist rejimin müxalif qanadının rəhbərinin və Qəzzə zolağındakı sionist əsirlərin ailələrinin bu rejimin nazirlər kabinetinə qarşı nümayiş keçirməyə çağırış etdiyini xəbər veriblər.

Sionist rejimin müxalif qanadının rəhbəri Yair Lapid deyib: “Mən israilliləri İsraili öz düz yoluna qaytarmaq üçün bu gün, günortadan sonra Təl-Əvivdə nümayiş keçirməyə çağırıram.”

Lapidin Təl-Əvivdə nümayişlərə çağırışı ilə eyni vaxtda Qəzzə zolağındakı sionist əsir ailələri assosiasiyası da elan edib: “Biz bu gün, günortadan sonra Təl-Əviv və bir sıra şəhərlərdə nümayişlərə çağırırıq və aparılanların (Qəzzədə sionist əsirlərin) geri qaytarılması üçün razılıq əldə olunmasını tələb edirik.”

Netanyahuya qarşı nümayişlər üçün bu çağırış elə bir vaxtda baş verir ki, sionist rejimin “Maariv” qəzetinin apardığı son sorğunun nəticəsi göstərir ki, işğal olunmuş ərazilərdə yaşayan sionistlərin 74%-i əsir mübadiləsi razılaşmasının əldə olunmasının tərəfdarıdır.


645 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
22.01.25, 13:33
Ağsu sakini intihar etdi
20.01.25, 07:10
Qanlı yanvar: 35 il ötdü
16.01.25, 09:24
ƏSGƏR İNTİHAR ETDİ
Go to TOP