Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Dekabr 2024

Britaniya hərbçiləri kütləvi şəkildə ordudan ayrılır

İngitərə ordusunun hərbçiləri yayda tətbiq edilən 6 faizlik maaş artımına baxmayaraq, ordudan kütləvi şəkildə ayrılmağa davam edirlər.

Oktyabr ayına qədər olan 1 il ərzində silahlı qüvvələri 15 min 119 nəfər tərk edib. Onlardan 7778 nəfəri könüllü çıxış kateqoriyasına daxil edilib, yəni öz istəkləri ilə ordudan ayrılıblar. Bu müddətdə orduya cəmi 12 mindən bir qədər çox yeni şəxsin cəlb edilməsi nəticəsində ordunun ümumi sayı azalıb.

Hazırda İngiltərənin hər min nəfərə cəmi iki hərbçi düşür ki, bu da indiyə qədər qeydə alınan ən aşağı göstəricidir.

Məlumata görə, ordudakı sıravi əsgərlərin real maaşı 2011-ci ildən bəri cəmi 1.9 faiz artıb. Bu göstərici yeni işə başlayan gənc həkimlər üçün 13.39 faiz, qatar maşinistləri üçün isə 10.14 faiz olub.


770 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
22.01.25, 13:33
Ağsu sakini intihar etdi
20.01.25, 07:10
Qanlı yanvar: 35 il ötdü
16.01.25, 09:24
ƏSGƏR İNTİHAR ETDİ
Go to TOP