Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Dekabr 2024

General-mayor Musəvi: Fələstin müqaviməti müstəmləkə sisteminin əsl simasını göstərdi

Ordunun baş komandanı deyib: “Fələstin müqaviməti və Qəzzə mücahidləri aydın bir güzgü kimi müstəmləkə sisteminin və sionist rejimin çirkin və əsl simasını göstərdi.”

General-mayor Seyid Əbdül Rəhim Musəvi bazar günü ordunun siyasi ideoloji təşkilatının Kövsər konfrans mərkəzində keçirilən “Ordunun insan sərmayəsinin qiymətləndirilməsi və inkişafı mərkəzlərinin birinci festivalı”nda deyib: “Öz heyrətamiz duruşu ilə bütün dünya qarşısında yeni mərhələ açan, cinayətkarların, yalançıların, münafiqlərin əsl simasını dünyaya və tarixə göstərən Fələstin müqavimətinə salam və alqış olsun.”

“Müqavimət adi yollarla zülm fəryadını və haqq nidasını dünyaya çatdırmaq istəsəydi, bu, böyük xərclər və uzun müddətlə də mümkün olmazdı, amma bu gün dünyada Fələstinin adı və Fələstin müqavimətinin ideyası dünyada bütün haqq axtaranların qulağına və ürəyinə çatıb” - deyə, Musəvi əlavə edib.


821 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
22.01.25, 13:33
Ağsu sakini intihar etdi
20.01.25, 07:10
Qanlı yanvar: 35 il ötdü
16.01.25, 09:24
ƏSGƏR İNTİHAR ETDİ
Go to TOP