Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Dekabr 2024

Rusiya bu şəhəri alsa, Donbası tam itirəcyik - Mujenko

Pokrovsk şəhərinin blokadaya düşmə riski böyükdür ki, bu da Ukraynanın bütün Donetsk vilayətini itirməsinə gətirib çıxaracaq.

Bunu Ukrayna Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general Viktor Mujenko deyib.

“Bu o deməkdir ki, biz əslində Donbası rusların ixtiyarına vermişik”, - o, Pokrovskın mümkün blokadası ilə bağlı sualı cavablandırarkən qeyd edib.

Onun fikrincə, bu gün rusların qarşısında Pokrovskı ələ keçirmək vəzifəsi yoxdur:

“Məncə, məqsəd Pokrovskı mühasirədə saxlamaqdır. Bu, onlar üçün resurs, bəlkə də itkilərin qarşısını almaq baxımından vacibdir. Onlar cənubdan dolanır, Pokrovskdan yan keçərək Donetsk və Dnepropetrovsk vilayətlərinin sərhədinə çatmağı planlaşdırırlar. Hətta Dnepropetrovsk bölgəsinə daxil olmaq niyyətindədirlər. Bu da mümkün danışıqlarda, əgər baş tutsa, onlar üçün müəyyən üstünlüklər yaradır”.

General əlavə edib ki, silah-sursat, ərzaq, avadanlıq və personal çatdırılmadan maddi-texniki təminat kəsilərsə, Pokrovsk “düşəcək”.


816 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
22.01.25, 13:33
Ağsu sakini intihar etdi
20.01.25, 07:10
Qanlı yanvar: 35 il ötdü
16.01.25, 09:24
ƏSGƏR İNTİHAR ETDİ
Go to TOP