Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Dekabr 2024

Bizdən əl çək! - Kanadalı siyasətçidən Trampa

Əziz Donald, bizi dəli Milad mesajınıza daxil etdiyiniz üçün təşəkkür edirəm. Lakin bizdən əl çək!

Bu fikirləri kanadalı deputat, Yeni Demokratik Partiyasının üzvü, parlament nümayəndəsi Çarli Anqus ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampa müraciətində deyib.

“Kanadalı olmaq pulsuz tibbi xidmətə və hücum silahlarına məhdudiyyətlərə sahib olmaq deməkdir. Əgər biz sizin 51-ci ştatınız olsaydıq, uşaqlarımız məktəblərdə güllələnər, şirkət rəhbərləri isə tibbi xidmətə görə rədd cavabı aldıqları üçün öldürülərdi. Ona görə də yox. İndi isə uzaq durun. Sizin şimal qonşunuz”.

Qeyd edək ki, Donald Tramp Milad təbrikində Kanada Baş naziri Castin Trüdonu qubernator adlandırmış və ABŞ-ın 51-ci ştatı olacağı təqdirdə Kanadanın həddən artıq yüksək olan vergilərini 60 faiz azaldacağını bildirmişdi.


794 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
22.01.25, 13:33
Ağsu sakini intihar etdi
20.01.25, 07:10
Qanlı yanvar: 35 il ötdü
16.01.25, 09:24
ƏSGƏR İNTİHAR ETDİ
Go to TOP