Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Yanvar 2025

BMT TŞ-nın iclasında İsrailin qətliamlarından danışıldı - Riyad Mənsur göz yaşlarını saxlaya bilməyib

Fələstinin BMT-dəki nümayəndəsi Riyad Mənsur təşkilatın Təhlükəsizlik Şurasının Qəzza zolağındakı vəziyyətlə bağlı fövqəladə iclasında İsrailin hücumu nəticəsində həlak olan fələstinli həkimdən danışarkən göz yaşlarını saxlaya bilməyib.

Siyasətçi İsrailin Əl Auda xəstəxanasına hücumu nəticəsində həlak olan həkim Mahmud Əbu Nuceylə bağlı xatirəsini bölüşüb: “Həkim bir neçə ay əvvəl cərrahiyyə planlaması üçün istifadə edilən lövhəyə məlumat yazıb. Mən ondan sitat gətirəcəyəm: “Sona kimi qalan bizim hekayəmizi danışacaq. Əlimizdən gələni etdik. Bizi xatırlayın, bizi xatırlayın”.

Bu sözlərdən sonra Mənsur göz yaşlarını saxlaya bilməyib.

Qeyd edək ki, vəhşi İsrailin hücumları nəticəsində Qəzza zolağında ölənlərin sayı 45 658, yaralıların sayı isə 108 583 nəfərdir.


701 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
22.01.25, 13:33
Ağsu sakini intihar etdi
20.01.25, 07:10
Qanlı yanvar: 35 il ötdü
16.01.25, 09:24
ƏSGƏR İNTİHAR ETDİ
Go to TOP