Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Yanvar 2025

SEPAH quru qüvvələrinin Böyük Peyğəmbər-19 təlimi başlayıb

SEPAH Quru Qoşunlarının “Böyük Peyğəmbər-19” təhlükəsizlik təlimi “Mirzə Kiçik Xan” xüsusi təyinatlı briqadasının Rəşt hava limanından Kirmanşah hava limanına köçürülməsi ilə başlayıb.

SEPAH Quru Qüvvələrinin ixtisaslaşdırılmış bölmələrinin iştirakı ilə ölkənin qərb bölgəsində keçiriləcək bu təlimdə sürətli cavab əməliyyatı ssenariləri də həyata keçirilir və təlim zonasına qüvvə və vasitələrin sürətlə ötürülməsi bu tip əməliyyatların tərkib hissələrindən biridir.

SEPAH Quru Qoşunlarının Nəcəf Əşrəf Regional Bazasının komandiri general-mayor Əzimi “Böyük Peyğəmbər-19” iqtidar təlimi haqqında deyib: SEPAH Quru Qoşunlarının “Böyük Peyğəmbər” təlimləri silsiləsinin birinci mərhələsi Kirmanşahın Oramanat bölgəsində başlayıb.

Bu təlimin birinci hissəsi SEPAH-ın xüsusi təyinatlı dəstəsinin hava nəqliyyatı ilə Gilandan köçürülməsi olub. Yeni texnikanın istifadəsi və bölgə bəsicilərinin əməkdaşlığı növbəti planlar sırasındadır.


714 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
22.01.25, 13:33
Ağsu sakini intihar etdi
20.01.25, 07:10
Qanlı yanvar: 35 il ötdü
16.01.25, 09:24
ƏSGƏR İNTİHAR ETDİ
Go to TOP