Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Yanvar 2025

Pakistanda terror: Ölən və yaralananlar var

Pakistanın Bəlucistan əyalətinin Turbat şəhəri yaxınlığında avtobusda baş verən partlayış nəticəsində azı 4 nəfər ölüb, 32 nəfər yaralanıb.

Partlayış Kəraçidən Turbat istiqamətində hərəkət edən avtobusda baş verib. Hadisə yerinə çoxlu sayda polis və təhlükəsizlik qüvvələri cəlb olunub. Hazırda partlayışla bağlı hərtərəfli araşdırma aparılır.

Hücuma görə məsuliyyəti “Bəlucistan Azadlıq Ordusu” qruplaşması öz üzərinə götürüb.

Pakistanın Baş naziri Şehbaz Şərif hücumu pisləyib.

“Terrorçular öz çirkin məqsədlərinə nail ola bilməyəcəklər. Hökumət və təhlükəsizlik qüvvələri terrorçulara qarşı fəal mübarizə aparır”, - Baş nazir vurğulayıb.


718 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
22.01.25, 13:33
Ağsu sakini intihar etdi
20.01.25, 07:10
Qanlı yanvar: 35 il ötdü
16.01.25, 09:24
ƏSGƏR İNTİHAR ETDİ
Go to TOP