Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Yanvar 2025

HƏMAS yaydı: İsrailli girov nələr dedi?

HƏMAS-ın hərbi qanadı olan İzzəddin əl-Qəssam Briqadası sosial şəbəkədə girov götürülmüş İsrail əsgəri Liri Albaqın görüntülərini yayıb.

19 yaşlı hərbçi naməlum tarixdə çəkilən videoda 450 gündən çox girovluqda olduğunu bildirib.

“450 gündür Qəzzada məhbusam və həyatım dayanıb. Bu gün yeni ilin başlanğıcıdır və bütün dünya qeyd edir, buna baxmayaraq, biz qaranlıq bir ilə giririk. Biz hökumətimiz və ya ordumuz üçün prioritet deyilik. Hətta dünya bizi unutmağa başlayıb və əziyyətimizi önəmsəmir”, - o deyib.

Albaq İsrail hökumətinə səslənərək, “Əgər yaxınlarınız əsirlikdə olsaydı, müharibə indiyə qədər davam edərdi?” sualını verib:

“Sizdən həqiqətən soruşmaq istəyirəm: bizi öldürmək istəyirsiniz? Müdafiə naziri, siz atamı tanıyırsınız, gözlərinin içinə baxın və deyin ki, o, anamla qızlarını qucaqlamayacaq. Üzlərinə bax və bunları de. Sənin cəsarətin çatmayacaq. Ölümü və dostumun başına gələnləri öz gözlərimlə görəndən sonra anladım ki, bizim həyatımız sizin üçün önəmli deyil. Mən başa düşürəm ki, biz sizin oyuncağınızıq. Hərbi əməliyyatlarla bizi buradan sağ çıxarmaq mümkün deyil, bunu bilirsiniz. Bu metodun nəticə verəcəyini düşünmək dəlilikdir”.

Albaq son olaraq qeyd edib ki, adımı və bu videonu xatırlayın:

“Məzarımın üstünə “Bunların hamısı hökumət və ordunun sayəsindədir” yazılsın”.


768 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
22.01.25, 13:33
Ağsu sakini intihar etdi
20.01.25, 07:10
Qanlı yanvar: 35 il ötdü
16.01.25, 09:24
ƏSGƏR İNTİHAR ETDİ
Go to TOP