Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Yanvar 2025

Şimali Koreya bu ilin ilk raket buraxılışını həyata keçirib

Şimali Koreya ballistik raket buraxıb.

Bu barədə Yaponiya Sahil Mühafizəsi məlumat yayıb.

Rəsmilər bölgədəki gəmiləri raket qalıqları aşkar edərsə, onlara yaxınlaşmamağa, dərhal səlahiyyətlilərlə əlaqə saxlamağa çağırıb.

Bu, Pxenyanın 2025-ci ildə ilk raket buraxılışıdır.

NHK telekanalı xəbər yayıb ki, KXDR tərəfindən buraxılan raket Yaponiyanın xüsusi iqtisadi zonasından kənara düşüb.

Pxenyanın raket buraxılışı ilə bağlı məlumat toplamaq və təhlil etmək üçün Yaponiyanın baş naziri Siqeru İsibanın ofisində böhran qərargahı işə başlayıb.


1490 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
13.07.25, 12:18
İmam Hüseyn (ə)
Go to TOP