Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Yanvar 2025

Əbu Ubeydə: İşğalçıların Qərb sahilinin müqavimətini qırmaq cəhdi məğlubiyyətə məhkumdur

HƏMAS-ın hərbi qanadının sözçüsü bu bazar ertəsi İordan çayının qərb sahilinin şimalındakı anti-sionist əməliyyatı alqışlayıb və işğalçı rejimin bu bölgədəki müqaviməti məhv etmək səylərini əbəs adlandırıb.

HƏMAS-ın hərbi qanadı olan Şəhid İzzədin əl-Qəssam Briqadalarının sözçüsü Əbu Ubeydə açıqlamasında vurğulayıb: “İordan çayının qərb sahilinin cəsur qəhrəmanları bir daha sübut etdilər ki, Əl-Əqsa Tufanı döyüşünün içindədirlər, onların müqavimətini qırmaq, yaxud işğalçılar və onların muzdluları tərəfindən Qəzzəni dəstəkləməkdən çəkindirmək üçün bütün mərclər uğursuzluğa məhkumdur.”
Əbu Ubeydə deyib: “Düşmən bilməlidir ki, Qəzzə və İordan çayının qərb sahilinə qarşı qırğın və işğalı davam etdirdikcə, öz əsgərlərinin və təcavüzkar qüvvələrinin qanı ilə bunun əvəzini ağır şəkildə ödəyəcək.”
İzzəddin Əl-Qəssam Briqadalarının sözçüsü əlavə edib: “Sionist düşmən həmçinin bilməlidir ki, Fələstin xalqı əmin-amanlıq əldə etməyincə bu rejim təhlükəsizlik və əmin-amanlıq görməyəcək.”


623 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
22.01.25, 13:33
Ağsu sakini intihar etdi
20.01.25, 07:10
Qanlı yanvar: 35 il ötdü
16.01.25, 09:24
ƏSGƏR İNTİHAR ETDİ
Go to TOP