Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Yanvar 2025

"Rusiya - Ukrayna müharibəsi altı aya bitə bilər" - Tramp

ABŞ-nın yeni seçilmiş prezidenti Donald Tramp Rusiya - Ukrayna müharibəsinin qarşıdakı altı ay ərzində bitə biləcəyini deyib.

Xarici KİV xəbər verir ki, o, bu barədə keçirdiyi mətbuat konfransında bildirib.

"Ümid edirəm ki, yarım il ərzində buna nail olacağam", - siyasətçi bildirib.

Tramp Rusiya-Ukrayna müharibəsinə ABŞ-nin hazırkı Prezidenti Cozef Baydeni təqsirləndirib: "Müharibənin təqsirkarı Baydendir. Müharibəyə onun administrasiyasının səriştəsizliyi ilə təhrik edilib".

Respublikaçıların lideri onu da söyləyib ki, Qərb Ukraynanın NATO-ya daxil olmasının mümkünsüzlüyünü etiraf edir.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə 2022-ci il fevralın 24-də başlayıb. Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl müharibənin 2025-ci ildə bitəcəyinə ümid etdiyini bildirib.


634 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
22.01.25, 13:33
Ağsu sakini intihar etdi
20.01.25, 07:10
Qanlı yanvar: 35 il ötdü
16.01.25, 09:24
ƏSGƏR İNTİHAR ETDİ
Go to TOP