Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Yanvar 2025

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Bakıya gəlib

İranın Ali Rəhbərinin nümayəndəsi və Ali Milli Təhlükəsizlik Şurasının katibi Cənubi Qafqaza regional səfəri çərçivəsində təhlükəsizlik diplomatiyası istiqamətində və siyasi-təhlükəsizlik əlaqələrini gücləndirmək məqsədi ilə Bakıya gəlib.

Əli Əkbər Əhmədian təhlükəsizlik diplomatiyasına uyğun olaraq və Cənubi Qafqaz regionu ölkələri ilə siyasi-təhlükəsizlik əlaqələrini gücləndirmək məqsədi ilə azərbaycanlı və ermənistanlı həmkarlarının dəvəti ilə əvvəlcədən planlaşdırılmış bir səfərlə bu gün səhər Azərbaycanın paytaxtı Bakıya gəlib.
Bakı hava limanında onu azərbaycanlı həmkarı Ramil Usubov hərarətlə qarşılayıb.
Ölkəmizin Ali Milli Təhlükəsizlik Şurasının katibi həmkarları ilə, habelə Bakıda Azərbaycan Respublikasının prezidenti İlham Əliyevlə də görüşəcək, İrəvanda da Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb söhbət edəcək.

Siyasi, təhlükəsizlik, müdafiə və iqtisadi sahələrdə ikitərəfli əlaqələrin gücləndirilməsi, o cümlədən enerji, dəhlizlər və Cənubi Qafqaz regionunda sülh və sabitliklə bağlı məsələlərdə qarşılıqlı əlaqələrin artırılması üçün məsləhətləşmələr bu səfərin məqsədlərindəndir.


618 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
22.01.25, 13:33
Ağsu sakini intihar etdi
20.01.25, 07:10
Qanlı yanvar: 35 il ötdü
16.01.25, 09:24
ƏSGƏR İNTİHAR ETDİ
Go to TOP