Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Yanvar 2025

İmişlidə dəhşətli qətl hadisəsi baş verib

İmişlidə qətl hadisəsi törədilib.

Hadisə ötən gün axşam saatlarında rayonun Sarxanlı kəndində baş verib.

Belə ki, kənd sakini, 2005-ci il təvəllüdlü Fərid Adil oğlu Allahverdiyev həmkəndlisi, 1995-ci il təvəllüdlü Vüsal Ənvər oğlu Allahverdiyevlə kənd ərazisində olan kafedə yeyib-içən zaman onların arasında mübahisə düşüb.

Daha sonra mübahisə kafenin önündə davam edib. Bu zaman Fəridin Vüsalın boğaz nahiyəsinə bıçaqla zərbə vurduğu bildirilir.

Yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisəni törətməkdə şübhəli bilinən F.Allahverdiyevi saxlanılıb.

Məlumata görə, F.Allahverdiyev subaydır və Lənkəran Dövlət Universitetinin II kurs tələbəsidir. Mərhumun da subay olduğu bildirilir.


852 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
18.02.25, 10:03
ABŞ-da 11 nəfər öldü
09.02.25, 10:31
Tramp Putinlə danışdı
Go to TOP