Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Yanvar 2025

İsrail Qəzza müharibəsində məğlub oldu - Ayland

İşğalçı İsrailin Daxili Təhlükəsizlik Şurasının keçmiş rəhbəri “Qyura Ayland” bəyanatında İsrailin Qəzza müharibəsində uduzduğunu və atəşkəs razılaşmasının HƏMAS-ın irəliləyişinə maneə hesab olunmadığını vurğulayıb.

Bu keçmiş sionist rəsmi İsrailin Qəzza müharibəsində məğlubiyyətə uğradığını, HƏMAS-ın isə açıq-aşkar qələbə qazandığını bildirərək dedi: Bu döyüş İsrail (rejim) üçün böyük məğlubiyyətdir, çünki HƏMAS nəinki İsrailin öz məqsədlərinə çatmasına mane oldu, həm də hakimiyyətdə qalmağı da əhatə edən öz məqsədlərinə nail ola bildi.

O əlavə etdi: Bu razılaşma HƏMAS-ın qüdrət və imkanlarının bərpasına mane olmadı, hətta daha da irəliləyə bilər və HƏMAS güclənərsə və İsrail ona qarşı hərəkətə keçərsə, razılaşmanı pozan İsrail olacaqdır.


758 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
18.02.25, 10:03
ABŞ-da 11 nəfər öldü
09.02.25, 10:31
Tramp Putinlə danışdı
Go to TOP