Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Yanvar 2025

HƏMAS atəşkəs razılaşmasının pozulmasına görə İsraili suçlayıb

Fələstinin HƏMAS təşkilatı fələstinlilərin anklavın şimalına qayıtmasına hələ də icazə verilmədiyi bir vaxtda Qəzza zolağında atəşkəs razılaşmasının həyata keçirilməsində mümkün pozuntulara görə məsuliyyəti işğalçı İsrail iqtidarının üzərinə qoyub.

Müvafiq bəyanat hərəkatın teleqram kanalında dərc edilib.

“Düşmən razılaşmanın bəzi bəndlərinin həyata keçirilməsində ləngiyir – xüsusilə də Ər-Rəşid oxu boyunca (Qəzzanın cənub-qərbində dəniz sahili boyunca uzanır) məcburi köçkünlərin anklavın cənubundan şimala qayıtmasına icazə vermir. Bu baxımdan HƏMAS razılaşmanın pozulmasına və onun nəticələrinə görə məsuliyyəti işğalçı İsrailin üzərinə qoyur”, – sənəddə qeyd olunub.

Qeyd edək ki, yanvarın 19-da işğalçı İsrail atəşkəs rejiminin tətbiq olunduğunu elan edib və HƏMAS təşkilatı ilə razılaşma çərçivəsində üç israilli girovun əvəzinə 90 fələstinli məhbusu azad edib. Daha sonra Qəzza zolağında saxlanılan dörd israilli qadın girovun yəhudi dövlətinə təhvil verilməsindən sonra Ofer və Ketsiot həbsxanalarından 200 fələstinli məhbus azad edilib.


829 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
18.02.25, 10:03
ABŞ-da 11 nəfər öldü
09.02.25, 10:31
Tramp Putinlə danışdı
Go to TOP