Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Yanvar 2025

Ukraynada başımızı qatırlar, əsas döyüş...

Arktika bizim qlobal üstünlüyümüzdür. Prezident (Putin) bunu tamamilə aydın şəkildə ifadə etdi, başa düşdü və bunun üçün çoxlu addımlar atdı.

Bu sözləri “Kurçatov İnstitutu” Milli Araşdırmalar Mərkəzinin prezidenti Mixail Kovalçuk yerli mediaya açıqlamasında deyib.

“Bu gün bizi hansısa Ukraynada və ya Ermənistanda yayındırırlar, amma əslində əsas sınaq meydançası Arktikadır”, - o bildirib.

Kovalçuk bəyan edib ki, Rusiya bu ərazinin qanuni sahibidir, çünki dünya buzqıran donanmasının 50%-dən çoxu bizdədir:

“Üstəlik, ölkəmiz dünyada nüvə buzqıran gəmilərinə malik yeganə ölkədir. Hazırda Arktika üçün böyük mübarizə gedir. Bunu Qrenlandiyada baş verənlər aydın şəkildə nümayiş etdirir. ABŞ bu adanı Kanada ilə birlikdə alsa, güc baxımından bizimlə bərabər olacaq.

Çox güclü olmalıyıq. Bu gün Arktikada elə mövqelər tuta bilərik ki, bizə çatmaq mümkün olmaz”.


817 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
18.02.25, 10:03
ABŞ-da 11 nəfər öldü
09.02.25, 10:31
Tramp Putinlə danışdı
Go to TOP