Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Yanvar 2025

ABŞ-də sərnişin təyyarəsi helikopterlə toqquşub - Video

Vaşinqtonda Reyqan hava limanı yaxınlığında sərnişin təyyarəsi və “Blackhawk” hərbi helikopteri havada toqquşub.

Bu barədə ABŞ hərbi hava qüvvələri administrasiyası məlumat yayıb.

Qeyd olunub ki, qəzaya görə hava limanı fəaliyyətini müvəqqəti dayandırıb. Qəzaya uğrayan təyyarə Kanzas ştatının Viçita şəhərindən uçuş həyata keçirib.

Artıq ABŞ prezidenti Donald Tramp qəza ilə bağlı məlumatlandırılıb.

“American Airlines” Reyqan hava limanı yaxınlığında qəzaya uğrayan təyyarənin göyərtəsində 60 sərnişin və 4 ekipaj üzvünün olduğunu açıqlayıb.

Qəzadan sonra təyyarə hava limanı yanında Potomak çayına düşüb.

“The Washington Post” yazıb ki, təyyarənin bütün sərnişin və ekipaj üzvləri və eləcə də helikopterdə olan üç hərbçi ölüblər.




829 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
18.02.25, 10:03
ABŞ-da 11 nəfər öldü
09.02.25, 10:31
Tramp Putinlə danışdı
Go to TOP