Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Yanvar 2025

3 israilli girova görə azad ediləcək fələstinlilərin sayı…

İşğalçı İsrail 30 yanvarda 30-u azyaşlı olmaqla, 110 fələstinli məhbusu azad edəcək.

Bu barədə HƏMAS hərəkatının hərbi əsirlərlə iş üzrə idarəsi məlumat yayıb.

“Sabah mübadilə sazişinin birinci mərhələsi çərçivəsində ömürlük həbs cəzasına məhkum edilmiş 32 məhbus, uzun müddətə azadlıqdan məhrum edilmiş 48 məhbus və 30 uşaq azadlığa buraxılacaq”, - məlumatda bildirilib.

Qeyd edək ki, bundan öncə HƏMAS sabah azad edəcəyi 3 israilli məhbusun adını İsrailə təqdim edib. HƏMAS-ın 3 israillidən əlavə 5 tailandlını da azad edəcəyi gözlənilir.


851 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
18.02.25, 10:03
ABŞ-da 11 nəfər öldü
09.02.25, 10:31
Tramp Putinlə danışdı
Go to TOP