Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Yanvar 2025

Quran yandırma aksiyalarının təşkilatçısı öldürülüb

Quran yandırma aksiyalarının təşkilatçısı Salvan Momika Stokholm yaxınlığında aldığı yaralardan ölüb.

Bu barədə SVT telekanalı məlumat yayıb.

Məlumata görə, güllə yaraları almış 38 yaşlı kişi çərşənbə günü gecə saatlarında Syödertelyedə tapılıb.

Polis hələlik hadisə və öldürülən şəxsin kimliyi barədə şərh verməyib. Telekanalın məlumatına görə, işin araşdırılmasında təhlükəsizlik xidməti iştirak edir, bir neçə nəfər saxlanılıb.

Bu gün Stokholm dairə məhkəməsi "milli əlamətə görə nifrəti qızışdırmaq" maddəsi ilə hökm çıxarmalı idi. Lakin "təqsirləndirilən şəxslərdən birinin ölümü təsdiqləndiyi üçün" hökmün elan edilməsi təxirə salınıb.


807 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
18.02.25, 10:03
ABŞ-da 11 nəfər öldü
09.02.25, 10:31
Tramp Putinlə danışdı
Go to TOP