Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Fevral 2025

Kor kora kor deməsə bağrı çatlar; sionist rejim Suriyanın yeni hökumətini terror qrupu adlandırdı

Sionist rejimin xarici işlər naziri açıqlamasında Suriyanın yeni hökumətinə qarşı mövqe sərgiləyib, onu ələvilər və kürdlərdən qisas almaqda ittiham edib.

“Əl-Cəzirə”-nin bildirdiyinə görə, o deyib: “Suriyanın yeni hökuməti İdlibdən olan terror qruplaşmasıdır və Dəməşqi zorla ələ keçirmişdir.”

Saar, sionist rejim televiziyasının 12-ci kanalı tərəfindən yayımlanan bu açıqlamasının davamında deyib: “Əsədin getməsinə sevinirik. Məsələ bundanıdr ki, Suriyanın yeni rəhbərləri yaxşı danışsalar da, ələvilərdən qisas alır və kürdlərə zərər verirlər.”

“Sərhədlərdə təhlükəsizliyimizdən əl çəkməyəcəyik. HƏMAS və Cihad Hərəkatı Suriyada İsrailə qarşı daha bir cəbhə yaratmağa çalışır”, o, deyib.

Qeyd edək ki, Suriya xalqına anadan daha mehriban dayə roluna girən sionist rejim xarici işlər nazirinin bugünkü açıqlamaları Suriyada suyu bulandırıb balıq tutmaq və bu ölkədə daha çox təfriqə toxumu səpmək məqsədi güdür. Sionist rejimin son onilliklərdəki siyasətləri göstərdi ki, bu rejimin öz periferik bölgəsində güclü və sabit ölkələrin mövcudluğu ilə bağlı fundamental problemi var və ətrafındakı bölgədə sabitliyi pozmaq üçün həmişə ciddi səylər göstərir.


726 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
15.03.25, 14:45
Allaha doğru düz yol
11.03.25, 09:30
İran qəbul etməyəcək
Go to TOP