Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Fevral 2025

Sabunçuda 15 nəfər spirtdən zəhrənərək...

Bakının Sabunçu rayonunda iki gündə 15 nəfərin spirtdən zəhərlənərək öldüyü bildirilir. Bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, fevralın 22-i və 23-də Sabunçu rayonunda ümumilikdə 15 nəfərin ölməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 314.3-cü (iki və daha çox şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır: "Həyata keçirilmiş ilkin tədbirlərlə həmin şəxslərin qəbul etdikləri etil (texniki) spirtindən zəhərlənməsi nəticəsində ölmələri müəyyən edilib".

Vurğulanır ki, məhkəmə tibb eksperti və kriminalistin iştirakı ilə hadisə yerlərinə, meyitlərə baxış keçirilib: "İş üçün əhəmiyyət kəsb edən maddi sübutlar, o cümlədən daxilə qəbul edilməsi qadağan olunan tərkibində 75 və 95% spirtə malik gigiyenik vasitənin boş şüşələri, qida qalıqları götürülüb..."

Məsələ ilə bağlı zərərçəkmiş şəxslərin yaxınları ilə isə danışmaq mümkün olmayıb.


693 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
15.03.25, 14:45
Allaha doğru düz yol
11.03.25, 09:30
İran qəbul etməyəcək
Go to TOP