Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Mart 2025

ABŞ dövlət katibi: “Zelenski üzr istəməlidir”

Ukrayna Prezidenti Volodimir Zelenski amerikalı həmkarı Donald Tramp və vitse-prezident Ceyms Devid Venslə görüşü onun üçün fiaskoya çevirdikləri iddiasına görə üzr istəməlidir.

Bunu ABŞ dövlət katibi Marko Rubio deyib.

Dövlət katibi Zelenskinin Rusiya ilə müharibəni bitirmək niyyətinə şübhə etdiyini bildirib: “Onun bura gəlib cəbhə açmağına ehtiyacı yox idi”.

Rubio həmçinin qeyd edib ki, Zelenski sülh razılaşması arzulamaya bilər.

Dövlət katibi Ukrayna prezidentinin Ağ Evdəki görüşdə Vensə qarşı tonunu tənqid edib və sülhə gedən yolun diplomatiyadan keçdiyini söyləyib.

Rubionun sözlərinə görə, o andan görüş planauyğun getməyib:

“Sülh səylərinin açıq şəkildə pozulması ünsiyyətdə olan hər kəsi son dərəcə məyus elədi, düşünürəm ki, o, belə başa çatan və vaxt itkisi olan görüşə görə üzr istəməlidir”.


627 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
15.03.25, 14:45
Allaha doğru düz yol
11.03.25, 09:30
İran qəbul etməyəcək
Go to TOP