Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Mart 2025

Ayətullah Seyid Əli Xameneidən Kiyevə mühüm ismarış

Ali Dini Rəhbər  Ayətullah Əli Xamenei ABŞ Prezidenti Donald Tramp və Ukrayna lideri Volodimir Zelenski arasındakı qalmaqaldan sonra Vaşinqtonun etibarsızlığı ilə bağlı daha öncə dediyi sözlərini xatırladıb.

O, bu barədə "X" sosial şəbəkəsində Ukrayna dilində paylaşım edib.

Paylaşımda Ayətullah Xamenei Ukraynanın müharibədən 3 il sonra Qərb ölkələrindən dəstək ümidini sərab (ilğım) adlandırıb. O, Kiyevi ABŞ və Avropaya güvənməməyə çağırıb.

“Ukraynadakı vəziyyətdən ilk dərs odur ki, Qərb dövlətlərinin onların marionetləri olan ölkələrə və hökumətlərə dəstəyi yalandır. Bunu bütün hökumətlər dərk etməlidir. ABŞ və Avropaya ümid bağlayan hökumətlər Ukraynanın indiki vəziyyətinə baxmalıdırlar" - Ayətullah Seyid Əli Xameneinin müraciətində deyilir.


640 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
15.03.25, 14:45
Allaha doğru düz yol
11.03.25, 09:30
İran qəbul etməyəcək
Go to TOP