Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Mart 2025

Sionist əsirlər: Bütün əsirləri azad edin və həyatımızı məhv etməyin

HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadaları sionist əsirlərin videosunu yayıb və bu videoda əsirlər işğalçı rejim səlahiyyətlilərini onların hamısını azad etməklə həyatlarının məhv edilməsinin qarşısını almağa çağırıb.

Etan Horen adlı sionist əsir qardaşı Yairlə əsarətdə vidalaşaraq deyir: "Qardaşımın ölməsini istəyirsiniz?"

Əsir mübadiləsi müqaviləsi ilə azadlığa çıxan Etan Horen bu videoda deyir: “Hamımızı azad edin və ailələrimiz arasında ayrılıq salmağı, həyatımızı məhv etməyi dayandırın.”

Bu sionist əsir əlavə edir: “Müharibə bəsdir. Müharibənin ikinci və üçüncü fazaları haqqında müqavilə imzalayın.”

O, daha sonra deyir: “Dəlisiniz ki, qardaşım əsirlikdən xilas olub, mən və digər əsirlər əsirlikdə qalırıq? Bir il yarımdan sonra nə etmisiniz? Öldürülənlərin həyatı sizi maraqlandırmır?”

Bu sionist əsir sionist rejimin baş naziri Binyamin Netanyahuya müraciət edərək deyir: “Yetər! Əgər ürəyiniz və bir zərrə vicdanınız olsaydı, bu gün tam müqaviləni imzalayardız. Mən burada qalmaq istəmirəm. Məni buradan çıxardın.”

Əl-Qəssam bu video ilə eyni vaxtda mesaj verərək vaxtın bitmək üzrə olduğunu bildirib.


617 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
15.03.25, 14:45
Allaha doğru düz yol
11.03.25, 09:30
İran qəbul etməyəcək
Go to TOP