Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Mart 2025

Misir: Fələstin dövləti qurulmadan regionda təhlükəsizlik olmayacaq

Misirin Xarici İşlər naziri Qahirənin atəşkəsin sabitliyini və danışıqların ikinci mərhələsinin başlanmasını təmin etmək üçün Amerika və Qətər tərəfləri ilə əməkdaşlıq etdiyini qeyd edərək deyib ki, Fələstin dövləti yaranmasa, bölgədə təhlükəsizlik olmayacaq.

Misirin Xarici İşlər naziri Bədr Əbdül Ati deyib: “Biz Avropa İttifaqı ölkələrinin Qəzzədə atəşkəsin möhkəmlənməsi və onun davamlı olması üçün əlavə səylər göstərəcəklərinə ümid edirik.”

O, fələstinliləri köçürmədən Qəzzə zolağının yenidən qurulmasına çalışmağın vacibliyini vurğulayaraq deyib: “UNRWA (BMT-nin Yaxın Şərqdə Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi) və onun Qəzzə zolağı və Fələstin ərazilərindəki roluna alternativ yoxdur.”

Əbdül Ati bildirib ki, biz Amerika və Qətər tərəfləri ilə atəşkəsin davamlılığını və ikinci mərhələ danışıqlarının başlanmasını təmin etmək üçün işləyirik.

“Fələstin dövləti qurulmadan regionda heç vaxt təhlükəsizlik olmayacaq. Biz Qəzzə zolağının yenidən qurulması planına beynəlxalq dəstək toplamaq üçün çalışırıq. Eləcə də, Misir Qəzzədə atəşkəs danışıqlarının ikinci mərhələsinə başlamaq üçün səylərini davam etdirəcək” - deyə, o, bəyan edib.


678 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
15.03.25, 14:45
Allaha doğru düz yol
11.03.25, 09:30
İran qəbul etməyəcək
Go to TOP