Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Mart 2025

HƏMAS-ın yüksək səviyyəli üzvü: Trampın təhdidləri bizi qorxutmur

Razılaşma olmadan heç bir əsir azadlığa buraxılmayacaq

HƏMAS-ın yüksək səviyyəli üzvü Donald Trampın Qəzzədə müqavimət və HƏMAS-a qarşı təhdidlərinə toxunub, belə təhdidləri təsirsiz adlandıraraq deyib: “Razılaşma olmadan israilli əsirlərin heç biri azad edilməyəcək.”

HƏMAS liderlərindən olan Sami Əbu Zuhri Şahab xəbər agentliyinə müsahibəsində Donald Trampın HƏMAS-a qarşı təhdidlərinə və israilli əsirlərin azadlığa buraxılması üçün son tarix təyin etməsinə reaksiya verib.

O, vurğulayıb ki, Donald Trampın HƏMAS-a qarşı təhdidləri yersiz və dəyərsizdir, istənilən təhdid sazişə əməl edənlərə deyil, onu həyata keçirməkdən imtina edənlərə yönəldilməlidir.

“HƏMAS razılaşmalara sadiqdir və bu yolda davam etməkdə qərarlıdır, lakin təhdid dili bizi nəinki qorxutmur, əksinə, vəziyyəti çətinləşdirir” - deyə, Əbu Zuhri qeyd edib.


472 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
15.03.25, 14:45
Allaha doğru düz yol
11.03.25, 09:30
İran qəbul etməyəcək
Go to TOP