Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Mart 2025

Suveydada Colaniyə və Suriyanın yeni hökumətinə qarşı nümayişlər

Suriyanın cənubunda yerləşən Suveyda şəhərinin Əl-Kəramə meydanı sosial şəbəkələrdə yayılan çağırışlara cavab olaraq bu gün (cümə axşamı) günortadan sonra Suriya müvəqqəti hökumətinin başçısı Colani ləqəbli “Əhməd əl-Şaraa” və onun siyasətlərinə qarşı nümayişə şahid olub.

Suriyalı etirazçılar əllərində pankartlar və plakatlar tutaraq, Məhəmməd Colaninin başçılıq etdiyi yeni hökumətin siyasətini pisləyən şüarlar səsləndirərək bildiriblər: “Suriya müvəqqəti hökuməti yalnız vəzifələrdən yapışmağa çalışır və biz onun hökumət qurduğunu görmürük.”

Nümayişçilər həmçinin Suveyda əyalətindəki dürzilərin mənəvi lideri Şeyx Hikmət əl-Hicriyə dəstək şüarları səsləndirib və nümayiş zamanı onun şəkillərini qaldıraraq bəyan ediblər: “Ey Əbu Salman, canımız və qanımızla səni xilas edəcəyik.”


491 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
15.03.25, 14:45
Allaha doğru düz yol
11.03.25, 09:30
İran qəbul etməyəcək
Go to TOP