Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Mart 2025

Yəmən: Qəzzaya yardım girməsə...

Yəmənin Ənsarullah hərəkatının lideri vasitəçilərə 4 günlük möhlət verib ki, humanitar yardım Qəzzaya çatmasa, Yəmən dəniz qüvvələrinin İsrail rejiminə qarşı əməliyyatları bərpa olunacaq.

Seyid Əbdülməlik Bədrəddin Əl-Husi cümə günü gecə saatlarında video çıxışında xəbərdarlıq edib: Əgər sionist rejimin humanitar yardımların Qəzzəyə daxil olmasının qarşısını almağa və keçidləri tamamilə bağlamaq cinayəti davam edərsə, Yəmən silahlı qüvvələrinin sionist düşmənə qarşı dəniz əməliyyatları yenidən başlayacaq.

O vurğulayıb ki, Yəmən gərginliyin artmasının və Qəzza zolağına yardımların gəlməsinə maneə törədilməsinə və Fələstindən bu bölgəsinə aclığın qaytarılmasına şahidi ola bilməz ola bilməz.

Yəmən Ənsarullahının lideri bildirib: Sionist düşmən öz öhdəliklərini kəmiyyət və keyfiyyət baxımından xeyli azaldıb və xəstə və yaralıların Qəzzədən müalicə üçün getməsində, o cümlədən Rəfah keçidində nəzərəçarpacaq dərəcədə azalma var.

O əlavə edib: İsrail rejimi aclıq yolu ilə yenidən soyqırım cinayəti törətmək istəyir və bu hərəkətə dözmək olmaz.


541 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
15.03.25, 14:45
Allaha doğru düz yol
11.03.25, 09:30
İran qəbul etməyəcək
Go to TOP