Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Mart 2025

HƏMAS: Sionist əsirlər yalnız danışıqlar yolu ilə azad olunacaq

Fələstin İslami Müqavimət Hərəkatı (HƏMAS) işğalçıların Qəzzə zolağında müharibəni bərpa etmək planının iflasa uğradığını vurğulayaraq, sionist əsirlərin yalnız danışıqlar yolu ilə azad ediləcəyini bildirib.

HƏMAS verdiyi bəyanatda vasitəçilərin və ABŞ prezidenti Donald Trampın elçisinin səylərinə qarşı çeviklik nümayiş etdirdiyini və hazırda danışıqların nəticəsini, sionist rejimin razılığa vadar edilməsini və ikinci mərhələyə keçidi gözlədiyini açıqlayıb.

HƏMAS bildirib: “Misir və Qətər vasitəçiləri və Trampın nümayəndəsi ilə aparılan danışıqlarda əsas diqqət müharibənin dayandırılması, sionistlərin Qəzzədən çıxarılması və regionun yenidən qurulması oldu.”

“Biz razılaşmanın birinci mərhələsinə tam əməl etdik. İndi bizim birinci prioritetimiz insanlara sığınacaq vermək, onları xilas etmək və Qəzzədə daimi atəşkəsi təmin etməkdir” - deyə, müqavimət hərəkatı əlavə edib.

HƏMAS yaydığı bəyanatda xalq müqavimətini gücləndirmək və öz torpaqlarında möhkəm dayanmaq üçün Qəzzədə bir komitə yaratmaq və fəaliyyətə başlamaqla bağlı Misirin təklifi ilə razılaşdığını qeyd edib.

HƏMAS bəyanatının başqa bir hissəsində bildirib: “İşğalçı rejimin mühasirəni gücləndirməkdə, keçidləri bağlamaqda və yardımların Qəzzəyə çatmasının qarşısını almaqda məqsədi insanları didərginliyə məcbur etməkdir, amma bu yalnız bir yuxudur.”

HƏMAS vurğulayıb: “İşğalçıların Qəzzədə müharibənin bərpası və elektrik enerjisinin kəsilməsi ilə bağlı açıqlamaları uğursuz variantdır. Bu planlar yalnız danışıqlar yolu ilə azad edilə biləcək sionist əsirlər üçün təhlükədir.”


425 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
15.03.25, 14:45
Allaha doğru düz yol
11.03.25, 09:30
İran qəbul etməyəcək
Go to TOP