Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Mart 2025

İran, Çin və Rusiya arasında Pekində kritik görüş

İran, Çin və Rusiya arasında nüvə məsələləri və sanksiyaların ləğvinə həsr olunmuş üçtərəfli görüş keçiriləcək.

Bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai məlumat yayıb.

Onun sözlərinə görə, planlaşdırılan danışıqlarda həmçinin regional və beynəlxalq məsələlər, eləcə də BRİKS və ŞƏT çərçivəsində əməkdaşlıq müzakirə olunacaq.

Görüş barədə məlumatı Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Nin də təsdiqləyib.

Onun sözlərinə görə, görüşdə Rusiyanı xarici işlər nazirinin müavini Sergey Ryabkov, İranı isə nazir müavini Kazım Qəribabadi təmsil edəcək.


319 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
15.03.25, 14:45
Allaha doğru düz yol
11.03.25, 09:30
İran qəbul etməyəcək
Go to TOP