Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Mart 2025

Türkiyədə silahlı hücum zamanı Azərbaycan vətəndaşı yaralanıb

Türkiyədə silahlı hücum zamanı Azərbaycan vətəndaşı yaralanıb. Bu barədə yerli mətbuat xəbər verir.

Məlumata görə, hadisə İstanbulun Şişli rayonunda restoranlardan birində qeydə alınıb.

Belə ki, restoranda 3 nəfər; Erkan A, Beyhan T və Azərbaycan vətəndaşı Hüseyn M. iki naməlum şəxsin odlu silahdan atəş açması nəticəsində yaralanıb.

Hücum edən şəxslər hadisə yerindən qaçıb.

Əraziyə polis əməkdşaları və təcili yardım cəlb olunub. Yaralılar təcili yardım maşını ilə xəstəxanaya çatdırılıb. Erkan A. və Beyhan T.-nin vəziyyətinin ağır olduğu bildirilir. Qeyd edilir ki, Azərbaycan vətəndaşı yüngül xəsarət alıb.


912 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP