Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Mart 2025

Türkiyədə növbədənkənar prezident seçkiləri üçün imza toplanması bu gündən başladı

Türkiyədə növbədənkənar prezident seçkiləri keçirmək üçün imza toplama kampaniyası başlayıb.

Bu barədə Türkiyənin əsas müxalifət partiyası olan Xalq Cümhuriyyət Partiyasının (CHP) sədri Özgür Özel bildirib.

İmza toplama kampaniyası İstanbul Şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun doğulduğu yer olan Trabzonda başlayıb.

Qeyd edək ki, Türkiyədə prezident seçkiləri 2028-ci ilə planlaşdırılıb, lakin müxalifət erkən seçkilərin keçirilməsini tələb edir.
Türkiyə qanunvericiliyinə görə, növbədənkənar prezident seçkiləri parlamentin böyük çoxluğunun qərarı və ya ölkə Prezidentinin fərmanı ilə keçirilir.


813 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP