Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Aprel 2025

Seyid İbn Tavusun İmam Zamana (əc) dua etməklə bağlı vacib tövsiyəsi

Böyük və təqvalı şiə alimi Seyid ibn Tavus “Fəlahus-sail” kitabında din qardaşları üçün dua etməyin fəzilətindən bəhs etdikdən sonra İmam Zaman (əc) üçün dua etməkdən söz açaraq yazır:

Əgər mömin qardaşlar üçün dua etmək bu qədər dəyərlidirsə, gör, İmam Zamanın üçün dua etmək necədir? O, sənin varlığının səbəbi olan padşahdır (Allah ona xatir səni yaratmışdır) və özün də bilirsən ki, o olmasaydı, Allah səni və ya başqasını yaratmazdı. Bilirsən ki, o nəcib varlıq bütün nemətlərə səbəb olan lütf vəsitəsidir. Ona görə də, bacardığın qədər diqqətli ol ki, sevgi və duada kimisə ondan üstün tutmayasan. O böyük və əzəmətli mövla üçün dua etmək istəyəndə bütün vücudunla dua et.
Onun sənin duana ehtiyacı olduğunu düşünmə, qətiyyən belə deyil və belə düşünən hər kəs xəstədir. “Onun üçün dua et”, deməyimin səbəbi ancaq sənin üzərinizdə böyük haqqı olmasına, sənə çoxlu yaxşılıq etdiyinə görədir.
Özün üçün dua etməzdən əvvəl ona dua etsən, icabət qapıları üzünə daha tez açılar. Çünki günahınla dua qapısını öz üzünə bağlamısan, amma sən Allahın dərgahında xüsusi yeri olan mövlan üçün dua etdikdə, onun hörmətinə icabət qapısı sənin üzünə açılacaq. Belə olduqda, sən və haqqında dua etdiyin hər kəs onun yaxşılıq süfrəsində oturar, Allahın rəhmət, kərəm və lütfündən bəhrələnər. Çünki özünüzü ona bağlamısınız.
O həzrətin haqqını tanımayan, tamamilə ondan qafil olan və onun adını çəkməyən hansısa şeyxin əməllərinə əsaslanaraq, ona dua etməkdən yayınma, çünki onu xatırlamamaq, yad etməmək böyük səhvdir.
Dediklərimə əməl et, çünki bu, açıq-aşkar həqiqətdir.

Seyid ibn Tavus, “Fəlahus-sail və nəcahul-məsail”, səh. 44-45.


975 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP